Haqqımızda
S BEARING şirkəti 2020-ci ildən etibarən Azərbaycanda hər növ Yastıq(Podşipnik), Qayış(Remen), Kipkəc(Manjet), Halqa(O-Ring) və Yağ keçəsi(Salnik) satışı üzrə fəaliyyət göstərir. Komandamız, fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq cari bazarı araşdırıb, keyfiyyətli və yalnız orijinal məhsulları müştərilərinə təklif edir. Əməkdaşlıq etdiyimiz şirkətlərin istehsal etdiyi məhsulların keyfiyyətinə və beynəlxalq standartlara uyğun olmasına diqqət yetirməkdəyik. İstehsal etdikləri məhsullar Dünya standartlarına uyğun olan EN ISO 12100:2010, GB/T 19001-2016, ISO 9001:2015, ISO/TS16949, GCr15(100Cr6/ШХ15) keyfiyyət sertifikatları ilə təmin olunmuşdur.
Niyə biz?
“S BEARING” şirkəti Çinin ən böyük yastıq fabriklərindən biri olan "Zhejiang Waxing Electromechanical" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Biz, bir ilkə imza ataraq, təklif etdiyimiz məhsullara fabrikin rəsmi "1 illik zəmanət" talonunu təqdim edirik. Fabrikin istehsal etdiyi məhsullar birbaşa olaraq Bakı anbarımıza daxil olur. Müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün şirkətimiz WXING, KOYO, SKF, FAG, INA, NACHI, NTN, NSK, TIMKEN, IKO, MCB, SUPTEX, OPTIBELT, REXBELT, DUNLOP, KASTASH, CONTINENTAL, NTK, NQK, NAK, TTO, STO markalı məhsulların satışını da həyata keçirir.
DİQQƏT! Texnikalarınızı və avadanlıqlarınızı orijinal adı ilə satılan saxta məhsullardan qoruyun. Məhsulun fabrikdən verilən mənşə sertifikatını tələb edin.
Bizim üçün önəmlidir:
- Daima inkişafda olan texnologiyanın və iqtisadiyyatın bir qolu olmaq və ən gözəl xidmət göstərmək
- Müştərilərimizin sorğularına ən qısa zamanda cavab vermək. Sadəcə məhsul satmaq deyil, uzun müddətli əməkdaşlıq etmək
- Münasib qiymət və yalnız yüksək keyfiyyət
- Keyfiyyəti qorumaq və etibarlı bir şirkət kimi fəaliyyətimizi daha da genişləndirmək